Cənab Prezidentimiz İlham Əliyev Azərbaycanın bütün regionlarında səfərlərdə olur, görülən işlərlə, inkişaf prosesləri ilə yerində şəxsən tanış olur, tövsiyə və tapşırıqlarını verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan rayonlarına səfər ediblər. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilməkdədir. Ölkə başçısı əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə səfər edib. Sonuncu səfər zamanı dövlət başçısı Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını edib. Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” bu gün xalqımıza xidmət edir. Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi ilə bağlı tədbirlərdə iştirak edən ölkə başçısı, iş yerlərinin yaradılması ilə bağlı göstərişlərini verib. O cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı olub. Bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – yolun açılışında iştirak etmiş Cənab Prezidentimiz qeyd etdi ki," İqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yəni, bu gün səfərimdən və səfərin nəticələrindən, gördüyüm mənzərədən çox məmnunam".Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı işğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin həyata keçirilməsi haqqında ətraflı məlumat verdi. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Qarabağın və Şərqi Zəngəzurun siması - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.Dövlət başçımızın Neftçala və Salyan rayonuna səfəri yalnız regionların sosial-iqtisadi inkişafına yeni impuls vermək baxımından yox, həmçinin müxtəlif vasitələrlə və təxribatlarla sülhdən yayınan Ermənistana, onun havadarlarına və Xankəndidəki separatçılara ünvanlanan ismarıclar, xəbərdarlıqlar baxımından da olduqca əhəmiyyətlidir. Ermənilər böyük itkilərə və məğlubiyyətə düçar edən bu canilər separatçılığın, bölücülüyün və terrorçuluğun sonunun fiasko ilə nəticələnəcəyini vaxtında dərk etməliydilər. Azərbaycan xalqının öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyini artıq bütün ermənilər başa düşməlidir.Aydın Əliyev,Xocalı rayon ziyalısı